Rusiyanın Mərkəzi Seçki Komissiyası hələlik 67 namizəddən prezident seçkilərində iştirak etmək arzularının olduğu barədə bildiriş qəbul edib. YeniAvropa xəbər verir ki, bu barədə “Rossiya 1” telekanalının “Vesti” proqramına müsahibəsində MSK-nın rəhbəri Ella Pamfilova bildirib. Onun sözlərinə görə, namizədlərdən 21-i partiyalar tərəfindən irəli sürülüb, digər 46 nəfər isə öz təşəbbüsü əsasında seçkilərə qoşulmaq niyyətindədir.
Ella Pamfilovanın sözlərinə görə, namizədlər arasında qəribəlikləri ilə seçilənləri də var:“Məsələn, namizədlərdən biri inadla bildirmişdi ki, sənədlərini məhz saat 22:22-də təqdim etməlidir”.
Xatırladaq ki, Rusiyada prezident seçkiləri bu ilin martında keçiriləcək.