İranın keçmiş prezidenti Mahmud Əhmədinejat hökumət əleyhinə nümayişləri dəstəklədiyi üçün həbs edilib.YeniAvropa xəbər verir ki, bu barədə “Əl-Qüds əl-Arabi” qəzeti yazıb. Nəşrin yazdığına görə, Mahmud Əhmədinejat cümə axşamı günü Buşer şəhərində keçirilən mitinqdə çıxış edib. O, çıxışı zamanı hazırkı prezident Həsən Ruhani və onun hökumətini kəskin tənqid edib.
M.Əhmədinejat hökumətin xalqın problemlərindən xəbərsiz olduğunu bildirib, onları ölkəni düzgün idarə etməməkdə və mili sərvətlər üzərində monopoliya yaratmaqda suçlayıb.
Qəzətin yazdığına görə sabiq prezidentin həbsi ölkənin ali dini lideri Əli Xomneyi ilə də razılaşdırılıb.