Ermənistanda dərc olunan “Hraparak” qəzeti yazır ki, artıq 3 gündür ərəb şeyxləri oğulları ilə birlikdə Qagik Tsarukyanın qonağıdırlar. Virtualaz.org mənbəyə istinadən xəbər verir ki, qonaqlar arasında BƏƏ-nin ən nüfuzlu şəxslərindən biri sayılan Əbu Dabi şahzadəsi – şeyx Zeyd əl-Nahayanın böyük oğlu da qonaqlar arasındadır.
Mənbə onu da qeyd edir ki, səfər dostluq xarakteri daşıyır - ərəblər Ermənistanla tanış olmaq, görməli yerlərini gəzmək üçün gəliblər. Qəzetin əldə etdiyi məlumata əsasən, “özəl səfər” həmçinin investisiya məqsədi güdür, lakin bu barədə hələlik danışılmır.