Yaponiya Rusiya ilə Kuril adaları məsələsinə 2019-cu ildə qayıtmağı planlaşdırır
Yaponiya hökuməti güman edir ki, Kuril adaları məsələsini Rusiya Prezidenti Vladimir Putinlə həll etmək daha asan ola bilər və buna görə də onu 2019-cu ildə Tokioda keçiriləcək G20 sammitində gözləyir. Bununla yanaşı, məsələnin həlli üçün ikitərəfli məsləhətləşmələr də davam etdiriləcək. YeniAvropa xəbər verir ki, bu barədə "Kyodo" agentliyi hökumətdəki mənbələrə istinadla məlumat yayıb.
Məlumatda qeyd edilir ki, Yaponiya hökuməti V.Putini yalnız G20 sammitində deyil, eyni zamanda, 2019-cu ilin mayına planlaşdırılan ikitərəfli danışıqlarda iştirak üçün onun Tokioya səfəri zamanı da gözləyir. Nazirlər Kabinetindəki mənbənin bildirdiyinə görə, Yaponiya Kuril adaları məsələsini V.Putinin hakimiyyətdə olduğu və ölkə daxilində sabitliyin hökm sürdüyü dövrdə həll etmək istəyir.
Xatırladaq ki, cari il martın 18-də Rusiyada növbəti Prezident seçkiləri keçiriləcək. Buna görə də yaponların kimi dəvət edəcəyi barədə fikir yürütmək hələ tezdir. Rusiya dövlət başçısının inaqurasiya mərasimi isə cari ilin mayında keçiriləcək.
Kyodonun məlumatında qeyd edilir ki, dəvət təklifini Baş nazir Şinzo Abe cari ildə Rusiyaya planlaşdırılan səfəri zamanı çatdıra bilər. Mənbənin bildirdiyinə görə, hökumətin başçısı ikitərəfli müzakirələri cari ilin sentyabrında Vladivostokda keçiriləcək Şərqi İqtisadi Forum zamanı da davam etdirməyi düşünür.
Bununla yanaşı, Ş.Abenin Rusiya Prezidentinin dəvətinə əsasən 2018-ci ildə Peterburq Beynəlxalq İqtisadi Forumunu ziyarət edəcəyi də bildirilir. Bundan əlavə, iki ölkənin liderləri cari ilin mayında görüşərək Rusiya və Yaponiya çarpaz ilinə birlikdə start verməyi də planlaşdırırlar.
Xatırladaq ki, V.Putin ilə Ş.Abenin son görüşü ötən ilin noyabrında Vyetnamın Dananq şəhərində keçirilən Asiya-Sakit okean İqtisadi Əməkdaşlığı sammitində baş tutub.
Azərbaycanda bələdiyyələrin səlahiyyətləri yanvarda başa çatacaq
Dələduzluqda təqsirləndirilən Tacikistan vətəndaşı ölkəsinə təhvil verilib
Bu gündən COP29 iştirakçıları üçün metrodan istifadə ödənişsizdir
İlham Əliyev Donald Trampı təbrik edib
Yol Polis Zəfər Günü ilə bağlı sürücülərə müraciət edib
Sabah Bakıda arabir yağış yağaca,16° isti olacaq
Dünya dini liderləri COP29 iştirakçılarına müraciət ünvanlayıblar
İlham Əliyev Bişkekdə TDT Dövlət Başçılarının XI Zirvə görüşündə çıxış edib
Tramp özünü ABŞ-ın 47-ci prezidenti elan edib
Dünya dini liderləri Bakı Bəyannaməsini qəbul ediblər
Daha bir veteran cüdoçumuz dünya çempionu olub
Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edib
Zelenski Ukraynada hərbi vəziyyət rejimini daha 3 ay uzatdı
Bişkekdə İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan görüşü olub
Bişkekdə TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib
Azərbaycan nefti 77,53 dollara satılır
6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür
Bişkekdə Türk Dövlətləri Təşkilatının XI Zirvə Toplantısı öz işinə başlayır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
Dünya dini liderlərinin Sammitində
Bakı Bəyannaməsi qəbul ediləcək
Bişkekdə TDT dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub
Müdafiə Nazirliyində QHT rəhbərləri ilə görüş keçirilib
Bu həftə ardıcıl 6 gün qeyri-iş günü olacaq
Bakıda Ukrayna Mərkəzi açılacaq
İsrailin müdafiə naziri istefa verib