Tacikistanın nazirlik və komitələrində xüsusi emblemi və nişanı olan vahid geyim forması tətbiq ediləcək.
YeniAvropa yerli mətbuata istinadən xəbər verir ki, Tacikistan Prezident Aparatı işçilərinin formasının mavi rəngdə olması nəzərdə tutulur.
Hazırda geyim eskizləri üzərində xüsusi qrup çalışır. Eskizlərin hazırlanması ilə bağlı təlimatda tacik qadınlarının milli və dövlət bayramlarında necə geyinmələri, paltarların hansı parçadan tikilməsi haqqında tövsiyələr var.
Məlumatda bildirilir ki, Tacikistanın Təhsil və Elm Nazirliyi bütün tədris müəssisələrinə məktub göndərib. Məktubda tələbələrə və şagirdlərə martın 1-dək milli parçalardan tikilən paltarlar geyinmək məsləhət görülür.