logo

"Emirates" dünyanın ən təhlükəsiz aviaşirkəti seçildi

09:02 04-01-2018 | icon 2093
"Emirates" dünyanın ən təhlükəsiz aviaşirkəti seçildi

Dünyanın ən təhlükəsiz aviaşirkətinin adları açıqlanıb YeniAvropa xəbər verir ki, Almaniyanın "Jacdec" araşdırma şirkətinin mütəxəssisləri aparılan "Airline Safety Ranking 2018" araşdırmaları zamanı dünyanın ən təhlükəsiz aviaşirkətlərinin reytinq siyahısını müəyyən ediblər. "Jacdec"in saytında 60 aviaşirkətin tam siyahısı yanvarın 23-də dərc olunacaq. Alman nəşrinin yazdığına görə, 2017-ci ilin ən təhlükəsiz aviaşirkəti BƏƏ-nin "Emirates" şirkəti seçilib. Reytinq siyahısında ikinci yerdə Norveçin "Norwegian Air Shuttle" loukosteri qərarlaşıb. Üçlüyü Britaniyanın "Virgin Atlantic Airways" şirkəti qapayır. Siyahıda sonrakı yerlərdə KLM (Hollandiya), "EasyJet" (Loukoster, Britaniya), "Finnair" (Finlandiya), "Etihad Airways" (BƏƏ), "Spirit Airlines" (ABŞ), "Jetstar Airways" şirkətinin (Avstraliya) də adı yer alır. Onluğu Səudiyyə Ərəbistanının "Air Arabia" aviaşirkəti qapayır.