Suriyada Rusiyanın hərbi helikopteri Mi-24 qəzaya uğrayıb. YeniAvropa "RİA Novosti"yə istinadən bildirir ki, Rusiya Silahlı Qüvvələrinə məxsus helikopter Suriyanın Xama əyalətindən 15 kilometr aralıdakı aerodromda qəzaya uğrayıb, hər iki pilot ölüb. Xəsarət alan bort-texnik isə tibbi kömək göstərilməsi üçün aerodroma aparılıb.
İlkin məlumata əsasən qəza texniki nasazlıq səbəbindən baş verib.
Onu da qeyd edək ki, hadisə bazar günü baş versə də, onunla bağlı məlumat bu gün-yanvarın 3-də yayılıb