logo

İran generalı: “Qiyam məğlub oldu”

19:32 03-01-2018 | icon 2233
İran generalı: “Qiyam məğlub oldu”

İslam İnqilabı Keçikçiləri Korpusunun komandanı, general Məhəmməd Əli Cəfəri bildirib ki, ölkədəki iğtişaşlara son qoyulub və hüquq-mühafizə orqanları vəziyyətə tam nəzarət edir. YeniAvropa  “Fars” agentliyinə istinadən xəbər verir ki, general Cəfəri deyib: “Düşmənlərimiz bilməlidir ki, hərbi və təhlükəsizliklə bağlı hədələr İrana qarşı işləməyəcək”.

“Bu gün biz elan edə bilərik ki, ölkədəki qarışıqlıq başa çatıb və qiyam məğlub olub”, - deyə son günlərdə ölkədə baş vermiş hadisələr barədə danışarkən general vurğulayıb.