YeniAvropa yerli KİV-lərə istinadən xəbər verir ki, Fransanın Sen Trope şəhərində kalaşnikov və digər avtomatlarla silahlanmış 4 nəfər dünən günortadan sonra şəhərin məşhur “Des Lices” meydanında yerləşən antikvariat, dizayn və dekorasiya mağazasını qarət ediblər.
Mağazadan 500 min avro dəyərində zinət əşyaları oğurlanıb. Oğurlanan zərgərlik məlmulatları arasında məşhur “Cartier” və “Rolex” markalı saatlar da olub.