İtaliyanın cənubundakı Kalabriya şəhərində güclü qasırğa və leysan yağışları qeydə alınıb. Roma və mərkəzi İtaliyanın digər bölgələri də güclü leysan yağışlarından zərər çəkib.
YeniAvropa ANSA agentliyinə istinadla xəbər verir ki, qasırğa səbəbindən Pyemontun şimal hissəsindəki dağ xizəyi kurortları bağlanıb. Kapriyə gedən bərələr dənizdə güclü leysan səbəbindən dayandırılıb. Yüksək yerlərə qar yağıb. Xüsusilə Lombardiyada güclü qarın yağması gözlənilir.
Sinoptiklər bildiriblər ki, yanvarın 6-sı İtaliyada yağışlı xaç suyuna salma bayramı olacaq. Havanın temperaturunun mövsüm normasından bir qədər aşağı olacağı proqnozlaşdırılır.
Ölkənin meteoroloji mərkəzi pis hava şəraitinin hələ dörd gün sürəcəyi barədə xəbərdarlıq edib.