Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.
YeniAvropa xəbər verir ki, 55 kiloqramda mübarizə aparan idmançı həlledici mərhələdə İran təmsilçisi Poya Marz ilə qarşılaşıb. Rəqibinə xalların keyfiyyətinə görə qalib gələn E.Əzizli dördüncü dəfə dünya çempionu olub. O, daha əvvəl 2018, 2022 və 2023-cü illərdə keçirilən dünya çempionatlarında qızıl medal qazanıb.