logo

Qadın güləşçimiz Gimnaziadada qızıl medal qazanıb

17:17 29-10-2024 | icon 301
Qadın güləşçimiz Gimnaziadada qızıl medal qazanıb

Azərbaycanın qadın güləşçiləri Bəhreynin paytaxtı Manama şəhərində keçirilən Gimnaziada İdman Oyunlarında 3 medal qazanıblar.

YeniAvropa xəbər verir ki, Nəzrin Əhmədli (43 kiloqram) qızıl, Esra Məmmədli (57 kiloqram) gümüş, Fatimə Bayramova (53 kiloqram) isə bürünc mükafata sahib çıxıblar.

Qeyd edək ki, ötən gün Azərbaycanın sərbəst güləşçilərindən Hüseyn Hüseynov (55 kiloqram) və Həsən Həsənov (60 kiloqram) birinci, Fərhad Süleymanlı (92 kiloqram) ikinci, Fərid Ağasızadə, Hüseyn İsmayılov (hər ikisi 65 kiloqram), Rəşad Veysəlov, Nihad Abasov (hər ikisi 71 kiloqram), Nihad Süleymanlı (80 kiloqram) və Hakim Tağıyev (110 kiloqram) isə üçüncü yerləri tutublar.

Oktyabrın 30-da yunan-Roma yarışlarına start veriləcək.