AQTA 350 hotelin qidalanma blokunda yoxlama keçirib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi(AQTA) tərəfindən vətəndaşların təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi, istehlakçı hüquqlarının qorunması, kütləvi tədbirlər zamanı qida zəhərlənməsi hallarının qarşısının alınması, qidalanmanın təşkilinə nəzarət məqsədilə tədbirlər davam etdirilir. Tədbirlər çərçivəsində AQTA tərəfindən Bakı və Sumqayıt şəhərləri, habelə Abşeron rayonunun inzibati ərazi vahidi üzrə ümumilikdə 350 hotelin qidalanma blokunda qiymətləndirmə həyata keçirilib. Qiymətləndirmə aparılan bir sıra hotellərin qida blokunda qida təhlükəsizliyi tələblərinin pozulması faktı aşkarlanıb ki, bununla bağlı obyekt rəhbərlərinə icrası məcburi göstərişlər verilib. Aparılan təkrar qiymətləndirmə nəticəsində 223 hotelin qidalanma blokunda aşkarlanan nöqsanların tam, 20-də qismən aradan qaldırıldığı müəyyən edilib. 2 hotelin isə hazırda fəaliyyət göstərmədiyi məlum olub. Bu istiqamətdə nəzarət və tənzimləmə işləri davam etdirilir.
YeniAvropa xəbər verir ki, bu barədə Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, agentlik tərəfindən Azərbaycanın digər regionlarında yerləşən 159 hotelin də qidalanma blokunda qiymətləndirmə həyata keçirilib. Qida təhlükəsizliyi tələblərinə uyğunluğun qiymətləndirilməsi zamanı bəzi müəssisələrdə aşkarlanan nöqsanların həlli istiqamətində müvafiq tədbirlər görülüb.
Qeyd edilib ki, hotellərlə yanaşı, Bakı və Sumqayıt şəhərləri, habelə Abşeron rayonunun inzibati ərazi vahidi üzrə keytrinq xidməti ilə məşğul olan 48 obyektin qida təhlükəsizliyi tələblərinə uyğunluğunun qiymətləndirilməsi aparılıb. Qiymətləndirmə zamanı bir sıra müəssisələrdə aşkarlanan nöqsanların həlli istiqamətində müvafiq tədbirlər həyata keçirilib, müəssisə rəhbərlərinə icrası məcburi göstərişlər verilib. Hazırda həmin müəssisələrdə sağlamlaşdırma tədbirləri davam edir.
Əlavə olaraq, 10 rezidensiyada da qiymətləndirmə aparılıb. Qida bloklarının, mətbəxlərinin qiymətləndirilməsi zamanı həmin müəssisələrin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətində bir sıra uyğunsuzluqlar müəyyən edilib. Nöqsanların aradan qaldırılması ilə bağlı müəssisə rəhbərlərinə icrası məcburi göstərişlər verilib.
AFFA 4 klubu cərimələyib
Sabah Bakıda 20° isti olacaq
Qırğızıstan bu dəfə dövlət himnini dəyişir
Vətən müharibəsindən sonra 381 nəfər mina qurbanı olub
Eldəniz Əzizli 5-ci dəfə dünya çempionu olduqdan sonra karyerasını bitirəcək
Paytaxtda elektrovoz qatar yoluna çıxan 2 nəfəri vuraraq öldürüb
DİM taksi sürücüləri üçün test imtahanı keçirəcək
Daha 7 itkin-şəhidin dəfn mərasimi keçiriləcək
İlham Əliyev paytaxtda yeni salınan parkda yaradılan şəraitlə tanış olub
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
Azərbaycan nefti 71,87 dollara satılır
Paytaxtda arvadını öldürən şəxs evdə özünü asıb
Eldəniz Əzizli dördüncü dəfə dünya çempionu olub
Bakı-Pirşağı-Sumqayıt qatarlarının bir neçə reysi ləğv edilir
Azərbaycan-Pakistan hərbi-texniki əməkdaşlığı müzakirə edilib
Qadın güləşçimiz Gimnaziadada qızıl medal qazanıb
Şagirdlərin rəqəmsal bacarıqları qiymətləndiriləcək
Azərbaycan-Albaniya əməkdaşlığı müzakirə olunub
AQTA 350 hotelin qidalanma blokunda yoxlama keçirib
MEDİA jurnalistlər üçün müsabiqə elan edib
Milli Məclis Azərbaycan- Özbəkistan müttəfiqlik müqaviləsini təsdiqləyib
Bakıda Dini Liderlərin Qlobal Sammiti keçiriləcək
İran hərbi xərclərini 2 dəfə artırır
“Hizbullah”a yeni baş katib təyin olunub
Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədrini təbrik edib