logo

İran hərbi xərclərini 2 dəfə artırır

14:44 29-10-2024 | icon 336
İran hərbi xərclərini 2 dəfə artırır

İran hökuməti gələn ilin büdcə layihəsində hərbi xərclərini 200 faiz artırmağı planlaşdırıb.

YeniAvropa xəbər verir ki, bu barədə İran hökumətinin rəsmi nümayəndəsi Fatimə Mohacerani mətbuat konfransında deyib.

“Ölkənin bütün xərclərini ödəməli olan büdcə layihəsində müdafiə ehtiyaclarına xüsusi diqqət yetirilib. Bununla bağlı hərbi büdcəni 200 faiz artırmağı planlaşdırırıq”, - deyə Fatimə Mohacerani bildirib. O, ordunun qüdrətini qorumaq üçün müdafiə sənayesinin ehtiyaclarının prioritet olduğunu vurğulayıb.

Qeyd edək ki, İran parlamenti cari ilin büdcəsində hərbi xərclər üçün 1,8 milyard avro vəsait ayırmışdı.