logo

Paytaxtda arvadını öldürən şəxs evdə özünü asıb

09:09 30-10-2024 | icon 539
Paytaxtda arvadını öldürən şəxs evdə özünü asıb

“Paytaxtın Nizami rayonu ərazisində yerləşən mənzillərdən birində 2 şəxsin ölməsi barədə məlumat daxil olub”.

YeniAvropa xəbər verir ki, bu barədə Nizami rayon prokurorluğu məlumat yayıb.

Araşdırma zamanı 1954-cü il təvəllüdlü Azər Rəfiyevin birgə yaşadıqları mənzildə arvadı 1961-ci il təvəllüdlü İradə Rəfiyevaya kəsici-deşici alətlə xəsarət yetirərək öldürməsi, daha sonra isə özünü asaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.