2020-ci il noyabrın 10-dan etibarən bu günə qədər keçmiş təmas xəttində 77, təmas xəttindən kənarda 151, ümumilikdə isə 228 mina hadisəsi baş verib.
YeniAvropa xəbər verir ki, bu sözləri Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov ANAMA ilə Qarabağ Dirçəliş Fondunun donor və tərəfdaşlarının iştirakı ilə keçirilən işgüzar görüşdə söyləyib.
O bildirib ki, Ermənistan tərəfindən təhvil verilmiş formulyarlarda qeyd edilən məlumatların təxminən 25 faizi düzgün olub. 2020-ci ildən bəri 381 nəfər mina qurbanı olub, onlardan 70-i həlak olub.
V.Süleymanovun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərimizdəki məzarlıqlar da minalarla və müharibə nəticəsində partlayıcı qalıqlarla çirkləndirilib.