Livanda fəaliyyət göstərən “Hizbullah”ın qanunvericilik şurası Naim Qasımı hərəkatın yeni baş katibi seçib.
YeniAvropa xəbər verir ki, bu barədə hərəkatın mətbuat xidmətinin yaydığı bəyanatda bildirilir.
1982-ci ildə “Hizbullah”ın qurucularından biri olan Naim Qasım bundan öncə hərəkatın baş katibinin birinci müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, hərəkatın əvvəlki baş katibi Həsən Nəsrullah sentyabrın 27-də İsrail ordusunun Livanın paytaxtı Beyruta endirdiyi hava zərbəsi nəticəsində həlak olub. Oktyabrın əvvəlində isə onun varisi Haşim Safiəddin qətlə yetirilib. “Hizbullah” ötən həftə onun və hərəkatın bəzi komandirlərinin ölümünü təsdiqləyib.