logo

AFFA 4 klubu cərimələyib

12:52 30-10-2024 | icon 224
AFFA 4 klubu cərimələyib

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

YeniAvropa AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iclasda Misli Premyer Liqasının XI turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

“Turan Tovuz” – “Kəpəz” oyununda hər iki komandanın 5 futbolçusu sarı vərəqə aldığına görə qərb təmsilçiləri 700 manat cərimə edilib. Matç bitdikdən sonra qonaqların üzvü Dioqo Verdaska hakimin qərarına etiraz etdiyi üçün ikinci sarıdan qırmızı vərəqə alaraq, 1 oyunluq cəzalanıb, klub isə əlavə 500 manat ziyana düşüb.

“Səbail” – “Sumqayıt” qarşılaşmasında hər iki tərəfin 4 futbolçusu sarı vərəqə aldığına görə klublar 700 manat cərimələnib.