logo

Badamdar yamacında süxur kütləsi qırılıb-magistral yol təhlükə var

12:12 29-10-2024 | icon 392
Badamdar yamacında süxur kütləsi qırılıb-magistral yol təhlükə var

Badamdar qəsəbəsi ərazisində, Bakı Kənar Dairəvi avtomobil yolunun sol tərəfindəki yamacın yuxarı hissəsində mövcud karniz şəkilli süxur kütlələrindən 6,5 metr uzunluğunda bir hissə qırılıb. Bu, sürüşmə prosesi olmasa da, ekzogen-geoloji prosesin bir növüdür.

YeniAvropa xəbər verir ki, bu barədə Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev bildirib.

Ə.Əliyev deyib ki, hazırda qırılan süxur kütləsinin aidiyyəti qurumlar tərəfindən götürülməsi istiqamətində müvafiq tədbirlər görülür.