Bu gün qardaş Türkiyədə ölkənin ən böyük bayramı - Cümhuriyyət Günü qeyd olunur.
YeniAvropa xəbər verir ki, 1923-cü il oktyabrın 29-da ölkə parlamentinin Ankarada keçirilən iclasında Türkiyə Cümhuriyyəti elan edilib. Birinci çağırış Türkiyə Böyük Millət Məclisinin (TBMM) 158 deputatının hamısı qanun layihəsinin lehinə səs verib.
Həmin gün ölkənin ilk prezidentinin seçkiləri baş tutub. O, namizədliyi yekdilliklə təsdiqlənən Mustafa Kamal Atatürk olub.
Beləliklə, idarə forması məsələsi həll olunub və Türkiyə tarixində yeni səhifə açılıb.