logo

AFFA Çempionlar Liqasının final oyununun Bakıda keçirilməsi üçün UEFA-ya müraciət edib

15:15 23-10-2024 | icon 217
AFFA Çempionlar Liqasının final oyununun Bakıda keçirilməsi üçün UEFA-ya müraciət edib

AFFA 2027-ci ildə Çempionlar Liqasının final oyununa ev sahibliyi üçün UEFA-ya müraciət edib.

YeniAvropa xəbər verir ki, bu barədə milli assosiasiyanın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qitənin bir nömrəli klub turnirinin həlledici matçının Bakı Olimpiya Stadionunda (BOS) keçirilməsi üçün Avropa futbol qurumuna rəsmi müraciət ünvanlanıb.

UEFA-nın yaydığı məlumata görə, BOS-la yanaşı, İspaniyanın Madrid şəhərində yerləşən "Metropolitano" stadionu da final oyununa ev sahibliyi etməyə namizədliyini irəli sürüb.

Qeyd edək ki, bu mövsüm Çempionlar Liqasının finalı görüşü Almaniyanın Münhen şəhərində keçiriləcək.