logo

İlham Əliyev Rusiya ilə  səhiyyə sahələrində əməkdaşlıq sazişini təsdiqləyib

16:56 22-10-2024 | icon 504
İlham Əliyev Rusiya ilə  səhiyyə sahələrində əməkdaşlıq sazişini təsdiqləyib

Prezident İlham Əliyev oktyabrın 22-də “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında səhiyyə, tibb təhsili və tibb elmi sahələrində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə fərman imzalayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Fərmanla bu il avqustun 19-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında səhiyyə, tibb təhsili və tibb elmi sahələrində əməkdaşlıq haqqında Saziş” təsdiq olunub.

Sənədə əsasən, Saziş qüvvəyə mindikdən sonra Səhiyyə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

Xarici İşlər Nazirliyinə isə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası Hökumətinə bildiriş göndərilməsi tapşırılıb.