logo

İlham Əliyev BRICS Sammitində iştirak etmək üçün Kazana səfər edib

12:12 23-10-2024 | icon 259
İlham Əliyev BRICS Sammitində iştirak etmək üçün Kazana səfər edib

Prezident İlham Əliyev oktyabrın 23-də Rusiya Federasiyasının prezidenti Vladimir Putinin dəvəti ilə XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatında iştirak etmək üçün Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərinə səfər edib.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Kazan Beynəlxalq Hava Limanında Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Rusiya Federasiyasının Tatarıstan Respublikasının rəhbəri Rüstəm Minnixanov qarşılayıb.