logo

Azərbaycanın Gimnaziada İdman Oyunlarındakı bayraqdarları məlum olub

11:55 23-10-2024 | icon 259
Azərbaycanın Gimnaziada İdman Oyunlarındakı bayraqdarları məlum olub

Azərbaycan komandasının Bəhreynin paytaxtı Manama şəhərində keçiriləcək Gimnaziada İdman Oyunlarındakı bayraqdarları bəlli olub.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, yarışın açılış mərasimində Azərbaycanın üçrəngli bayrağını paraüzgüçü Əli Vəliyev və taekvondoçu Xuraman Cavadzadə daşıyacaqlar.

Qeyd edək ki, oktyabrın 24-də start götürəcək Gimnaziadaya ayın 30-da yekun vurulacaq.