logo

Xankəndidə yaşayan 70 yaşlı erməni qadın ölüb

12:52 23-10-2024 | icon 259
Xankəndidə yaşayan 70 yaşlı erməni qadın ölüb

Azərbaycan Respublikasının Xankəndi şəhər sakini, erməniəsilli 1954-cü il təvəllüdlü Aqasyan Vera Varaşakovna oktyabrın 20-də səhər saat 9-10 radələrində yaşadığı ünvanda vəfat edib.

Səhiyyə Nazirliyinin Media və kommunikasiya şöbəsindən YeniAvropa-ya bildirilib ki, ölümlə bağlı aidiyyəti orqan tərəfindən məhkəmə-tibbi ekspertiza təyin olunub. Keçirilən məhkəmə-tibbi ekspertizanın ilkin məlumatlarına görə, 70 yaşlı qadının ölümünün bilavasitə səbəbi ağciyər arteriyasının trombozu ilə əlaqədar inkişaf etmiş kəskin ağciyər-ürək çatışmazlığı olub.

Qeyd edək ki, Aqasyan Vera Varaşakovna nazirliyin mütəxəssisləri tərəfindən həkim müayinəsində olub, eyni zamanda, ona lazımi sosial müdafiə dəstəyi göstərilib.