logo

Pərviz Şahbazov “Bir kəmər, bir yol” Enerji Nazirlərinin Konfransında içtirak edir

09:09 23-10-2024 | icon 287
Pərviz Şahbazov “Bir kəmər, bir yol” Enerji Nazirlərinin Konfransında içtirak edir

Çinin Şandon əyalətinin Çindao şəhərində keçirilən “Bir kəmər, bir yol” Enerji Nazirləri 3-cü Konfransı işə başlayıb.

YeniAvropa xəbər verir ki, tədbir Çinin Milli Enerji Administrasiyasının təşkilatçılığı ilə “Enerjinin birgə gələcəyi üçün yeniliyin gətirilməsi” mövzusunda təşkil olunur.

Azərbaycanın energetika naziri Pərviz Şahbazov konfransda iştirak edir.

Nazirlər Konfransında enerji təhlükəsizliyi üzrə əməkdaşlıq, enerji bazarlarının inkişafı, yaşıl enerji sahəsində tətbiq olunan son texnoloji yeniliklər və yaşıl enerjinin təşviqi üçün maliyyə imkanlarının araşdırılması üzrə müzakirələr aparılacaq.