logo

Moldovanın Konstitusiya Məhkəməsi prezidentin səlahiyyətlərini dayandırıb

19:48 02-01-2018 | icon 2156
Moldovanın Konstitusiya Məhkəməsi prezidentin səlahiyyətlərini dayandırıb

Moldovanın Konstitusiya Məhkəməsi Prezident İqor Dodonun səlahiyyətlərini müvəqqəti dayandırıb. Məhkəmə bu barədə yanvarın 2-də hakim koalisiyadan olan bir qrup deputatın sorğusu üzrə qərar qəbul edib. YeniAvropa  "Interfax" informasiya agentliyinə istinadla xəbər verir ki, məhkəmənin qərarı Dodonun ötən həftə Baş nazir tərəfindən təklif olunan beş nazirin və baş nazirin iki müavininin namizədliyini təkrarən rədd etməsinə əsaslanır. Ölkə qanunvericiliyinə görə, prezident namizədlikləri yalnız bir dəfə qəbul etməmək hüququna malikdir.

Konstitusiya Məhkəməsi prezidentin vəzifələrinin parlament sədrinə, yaxud baş nazirə keçməsini qərara alıb. Yaxın vaxtlarda onlardan biri hökumətin yeni üzvlərinin təyin olunması haqqında fərmanları imzalayacaq.