logo

AFFA rəhbərliyi Fransada işgüzar görüşlər keçirib

15:15 20-09-2024 | icon 1785
AFFA rəhbərliyi Fransada işgüzar görüşlər keçirib

Fransanın Kann şəhərində UEFA tərəfindən milli assosiasiyaların rəhbərlərinin iştirakı ilə TEP proqramı çərçivəsində toplantı keçirilib.

YeniAvropa xəbər verir ki, tədbirdə AFFA-nın prezidenti Rövşən Nəcəf və icraçı vitse-prezident Sərxan Hacıyev iştirak ediblər. Tədbir çərçivəsində AFFA rəhbərliyi müxtəlif ölkələrin futbol federasiyalarının rəhbərləri ilə görüşlər keçirib.

Həmin görüşlərdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub, həmçinin futbolun inkişafına dair tədbirlərin keçirilməsi ilə bağlı müzakirələr aparılıb.