Sabah Bakıda arabir yağış yağacaq,25° isti olacaq
Azərbaycanda sentyabrın 21-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında tutqun hava şəraiti üstünlük təşkil edəcək. Gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı, gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 14-18°, gündüz 22-25° isti olacaq. Atmosfer təzyiqi 762 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 11-16°, gündüz 20-25° isti olacağı proqnozlaşdırılır.
Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy, Göygöl rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10°, gündüz 11-16°, bəzi yerlərdə 20° isti olacağı bildirilir.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-9°, gündüz 12-17°, bəzi yerlərdə 22° isti olacağı ehtimal edilir.
Gəncə və Naftalan şəhərlərində, Qazax, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Axşam əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 14-17°, gündüz 20-25° isti olacağı ehtimalı var.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Axşam əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 18-23° isti, dağlarda gecə 5-10°, gündüz 14-18° isti olacağı gözlənilir.
Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Ağdaş, Saatlı, Göyçay, Ucar, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 14-18°, gündüz 23-27° isti olacağı proqnozlaşdırılır.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-18°, gündüz 20-25° isti, dağlarda gecə 9-13°, gündüz 14-16° isti olacaq.
AFFA rəhbərliyi Fransada işgüzar görüşlər keçirib
“Azercell” “Neftçilər Günü"nə həsr olunmuş video hazırlayıb
Bakıda yeniyetmə və gənclər arasında VII Robot Olimpiadasının açılış mərasimi olub
“Fənərbağça” – “Qalatasaray” derbisinin biletləri 3 saniyəyə satılıb
4 ABŞ şirkəti Qarabağa investisiya yatırmaq niyyətindədir
Sabah Bakıda arabir yağış yağacaq,25° isti olacaq
Sabahdan Azərbaycanda payız fəsli başlayır
Avropa anbarlarında qaz ehtiyatları 94 %-ə çatır
Kərim Vəliyev İtaliyanın Baş Qərargah rəisi ilə görüşüb
“Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası təsis edilib
Mişel Platini futbolu 10 nəfərlə oynamağı təklif edir
Ağdamda elektromobillərin şarj cihazları istehsal olunacaq
Türkiyə Azərbaycanı dəstəkləməkdə davam edəcək-Yaşar Güler
İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib
Sabah Konstitusiya Məhkəməsi Milli Məclisə seçkilərin nəticələrini təsdiq edəcək
Xarici ölkələrdə dövlət xətti ilə minədək Azərbaycan vətəndaşı təhsil aıır
20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Volodimir Zelenski Ağ evdə Bayden və Harrislə görüşəcək
Azərbaycan nefti 78,20 dollara satılır
“Əsrin müqaviləsi”nin imzalanmasından 30 il ötür
İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib
Paytaxtda restoranda yanğın olub
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
İlham Əliyev Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda aparılan işlərlə tanış olub
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında tanıdılıb