logo

“Fənərbağça” – “Qalatasaray” derbisinin biletləri 3 saniyəyə satılıb

14:14 20-09-2024 | icon 280
“Fənərbağça” – “Qalatasaray” derbisinin biletləri 3 saniyəyə satılıb

Türkiyə Superliqasının VI turunda keçiriləcək “Fənərbağça” – “Qalatasaray” oyununun biletləri qısa müddətdə satılıb.

YeniAvropa xəbər verir ki, biletlər satışa çıxarıldıqdan cəmi 3,1 saniyə sonra tükənib.

Bu, Türkiyə futbolu tarixində bilet satışı baxımından rekord göstəricidir.

Sentyabrın 21-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, Superliqada 5 turdan sonra “Qalatasaray” maksimum nəticə (15 xal) ilə turnir cədvəlinə başçılıq edir. Liderdən 2 xal az toplayan “Fənərbağça” isə ikinci pillədə qərarlaşıb.