logo

Volodimir Zelenski Ağ evdə Bayden və Harrislə görüşəcək

09:48 20-09-2024 | icon 399
Volodimir Zelenski Ağ evdə Bayden və Harrislə görüşəcək

Ukrayna prezidenti Volodimir Zelenski sentyabrın 26-da ABŞ-a səfər edəcək.

YeniAvropa xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti Ağ evin sözçüsü Karin Jan-Pyerə istinadla  məlumat yayıb. Onun sözlərinə görə, Ağ evdə prezident Co Bayden və vitse-prezident, Demokratlar Partiyasının prezidentliyə namizədi Kamala Harrislə ayrılıqda görüş keçiriləcək. Görüşlər zamanı Rusiya ilə müharibənin hazırkı vəziyyəti və ABŞ-ın Ukraynaya davam edən dəstəyi müzakirə olunacaq.

“Prezident və vitse-prezident Ukrayna bu müharibədə qalib gələnə qədər onun yanında olmağa güclü şəkildə davam edəcəklərini vurğulayacaqlar”,- deyə Ağ ev sözçüsü bildirib.