logo

İranda etiraz aksiyaları nəticəsində ölənlərin sayı 20-ni ötüb

16:15 02-01-2018 | icon 2086
İranda etiraz aksiyaları nəticəsində ölənlərin sayı 20-ni ötüb

İranda davam edən kütləvi etiraz aksiyaları nəticəsində ölənləri sayı artıb. YeniAvropa "Anadolu" informasiya agentliyinə istinadla xəbər verir ki, kütləvi aksiyalar nəticəsində 23 nəfər ölüb, 500-dən çox adam saxlanılıb.

Tehran qubernator müavini Əli Əsğər Nasirbaht açıqlamasında 450 nəfərin saxlanıldığını bildirib.

Qeyd edək ki, dekabrın 28-də Məşhəddə başlayan aksiyaların iştirakçıları qiymətlərin artırılmasına etiraz edirlər. Ölkə rəsmiləri İran hökumətinin ölkə vətəndaşlarının ehtiyac və problemlərini həll etmək üçün əlindən gələni etdiyini və edəcəyini açıqlayıblar.