logo

Bölgələrdə qeyri-sabit hava şəraiti davam edib-Faktiki hava

11:33 26-07-2024 | icon 798
Bölgələrdə qeyri-sabit hava şəraiti davam edib-Faktiki hava

İyulun 26-sı saat 9:00-a olan məlumata görə, öncədən xəbər verildiyi kimi, bölgələrdə qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə arabir yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya bildirilib ki, düşən yağıntının miqdarı Qəbələdə 27, Lerik, Astarada 22, Oğuzda 17, Kürdəmir, Şahdağda 15, Qubada 11, Qrız, Yardımlıda 10, Göyçayda 9, Lənkəranda 8, Zərdab, Tərtər, Şəki, Qax, Qobustan, Qusar, Şamaxı, Biləsuvar, Naftalan, İsmayıllı, Altıağac, Şabran, Mingəçevir, Beyləqan, Daşkəsən, Naxçıvan, Gədəbəy, Göygöl, Gəncə, Bərdə, Goranboy, Ağdam, Balakən, Xaltan, Yevlax, İmişli, Neftçalada 5, Bakıda və Abşeron yarımadasında isə 1 millimetrədək olub.

Şahdağ, Qrız, Daşkəsən, Göygöl, Şəmkir, Balakən, Şəki, Qaxda duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30, Naxçıvan Muxtar Respublikasında 35, Aran rayonlarında 33, dağlıq rayonlarda isə 21 dərəcəyədək isti olub.