logo

Şuşada növbəti Vaqif Poeziya Günləri başlayıb

14:14 18-07-2024 | icon 4354
Şuşada növbəti Vaqif Poeziya Günləri başlayıb

İyulun 18-də Şuşa şəhərində Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi önündə Vaqif Poeziya Günlərinin açılışı olub.

YeniAvropa xəbər verir ki, tədbir Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilir.

Açılış mərasimində dövlət və hökumət rəsmiləri, respublikanın tanınmış elm və mədəniyyət xadimləri, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvləri, gənc yazıçılar, şairlər, eləcə də ilk dəfə olaraq yerli sakinlər iştirak ediblər.