logo

Bu gündən məktəbəhazırlıq qruplarına qeydiyyat başlanır

09:09 11-07-2024 | icon 2114
Bu gündən məktəbəhazırlıq qruplarına qeydiyyat başlanır

İyulun 11-i saat 11:00-dan 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyata start verilir.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən YeniAvropa-ya bildirilib ki, qeydiyyat mektebeqebul.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.

Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi iyulun 16-sı saat 11:00-da, tədrisin digər dillərdə aparıldığı bölmələr üzrə məktəb və müəllim seçimi isə iyulun 18-i saat 11:00-da aktiv ediləcək.

Qeyd edək ki, məktəbəhazırlıq qruplarına cari ildə 5 yaşı tamam olan uşaqlar (2019-cu il təvəllüdlü) qəbul edilirlər.

Məktəbəhazırlıq qruplarına qəbul zamanı da üstünlük hüququ tətbiq ediləcək. Belə ki, Azərbaycan bölməsi üzrə iyulun 16-dan 30-dək Bakı və Gəncə şəhərlərində yerləşən 45, rus bölməsi üzrə isə iyulun 18-dən avqustun 1-dək Bakı və Gəncə şəhərlərində yerləşən 111 ümumi təhsil müəssisəsində prioritet tətbiq ediləcək.

Həmin müəssisələrin siyahısı mektebeqebul.edu.az saytında yerləşdiriləcək.