logo

AQTA Nərimanov rayonundakı nöqsanlı dönərxananı qapatdırıb

13:13 23-05-2024 | icon 1722
AQTA Nərimanov rayonundakı nöqsanlı dönərxananı qapatdırıb

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Nərimanov rayonunun A.Nemətulla küçəsi 13 M ünvanında fəaliyyət göstərən “Cənub dönər evi” ictimai iaşə müəssisəsində yoxlama aparıblar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən YeniAvropa-ya verilən məlumata görə, yoxlama zamanı ictimai iaşə müəssisəsində qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların, sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulduğu müəyyən olunub.

Müəssisədə temperatur rejiminin gözlənilmədiyi, emal prosesində istifadə edilən qidaların yuyulması üçün yuma çanağının təşkil edilmədiyi, havalandırma sisteminın quraşdırılmadığı, işçi heyətin tibbi müayinədən keçirilmədiyi, xüsusi geyimlə təmin edilmədiyi və gigiyenik təlimlərə cəlb olunmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı müəssisə rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib edilib, dönərxananın fəaliyyəti məhdudlaşdırılıb.