logo

Yunan-Roma güləş millimiz tarixində ilk dəfə Avropa çempionu olub

22:52 22-05-2024 | icon 2779
Yunan-Roma güləş millimiz tarixində ilk dəfə Avropa çempionu olub

Bakıda keçirilən U-23 Avropa çempionatında yunan-Roma güləşi üzrə yarışa yekun vurulub.

YeniAvropa xəbər verir ki, Azərbaycan millisi qitə birinciliyində uğurlu çıxış edərək tarixi nəticəyə imza atıb.

3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanan yığma 163 xal toplayaraq ilk dəfə komanda hesabında U-23 Avropa çempionu olub. Analoji yarışda toplanan xallara görə də özünün ən yaxşı nəticəsini reallaşdıran milli komanda ən yaxın izləyicisi Gürcüstanı 25 xal qabaqlayıb. Türkiyə 135 xalla üçüncü yeri tutub.

Azərbaycanın yunan-Roma güləşçilərindən Ziya Babaşov (63 kiloqram), Xasay Həsənli (77 kiloqram), Qurban Qurbanov (82 kiloqram) qızıl, Nihad Quluzadə (60 kiloqram) gümüş, Rəşad Məmmədov (55 kiloqram), Ruslan Nurullayev (72 kiloqram), Laçın Vəliyev (87 kiloqram) və Murad Əhmədiyev (97 kiloqram) isə bürünc medala yiyələniblər.

Qeyd edək ki, Avropa çempionatı mayın 26-da başa çatacaq.