logo

Kim Çen In: “Bütün ABŞ nüvə silahımızın əhatə dairəsindədir”

18:23 01-01-2018 | icon 2023
Kim Çen In: “Bütün ABŞ nüvə silahımızın əhatə dairəsindədir”

Şimali Koreya 2017-ci ildə milli nüvə qüvvələrin yaradılmasını yekunlaşdırıb.YeniAvropa “Reuters”agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin lideri Kim Çen In bəyan edib.

"Biz milli nüvə qüvvələrinin yaradılmasını yekunlaşdırdıq", – deyə Şimali Koreyanın lideri xalqa ünvanladığı Yeni il müraciətində vurğulayıb. 

“Reuters”in məlumatına görə, Şimali Koreya lideri  daha sonra deyib ki, ABŞ heç zaman onun ölkəsinə qarşı müharibə başlaya bilməyəcək. Belə ki, ölkənin mövcud nüvə silahı ilə ABŞ-ın əsas ərazisinə atəş aça bilər.

“Bütün ABŞ nüvə silahımızın əhatə dairəsindədir. Nüvə düşməsi isə masamın üzərində. Bu reallıqdır, təhdid deyil”, –deyə o, bildirib.