Böyük Britaniyanın “Compass Group” şirkətinin icraçı direktoru Riçard Kazins və yaxın qohumları Avstraliyada təyyarə qəzası nəticəsində həlak olublar.
YeniAvropa yerli KİV-lərə istinadla xəbər verir ki, birmühərrikli “DHC-2” təyyarəsi Hoksberi çayına düşüb. Qəza nəticəsində pilot və təyyarədəki beş sərnişin həlak olublar.
Əlli ölkədə fəaliyyət göstərən “Compass Group” zavodlara, məktəblərə, universitetlərə, xəstəxanalara, həbsxanalara, idman obyektlərinə və neft platformalarına ərzaq çatdırılması ilə məşğuldur. İl ərzində şirkət dörd milyarda yaxın insana xidmət göstərir.