logo

İran "Telegram" və "Instagram"a girişi bağladı

19:53 31-12-2017 | icon 2191
İran "Telegram" və "Instagram"a girişi bağladı

İran hakimiyyəti hökumət əleyhinə keçirilən aksiyalar fonunda "Instagram" sosial şəbəkəsinə və "Telegram"a girişi müvəqqəti bağlayıb. YeniAvropa xəbər verir ki, bu barədə "Reuters" İranın IRIB Dövlət Televiziyasına istinadən məlumat yayıb. Məlumatda deyilir ki, bu qərar ən yüksək səviyyədə qəbul olunub və İran hakimiyyəti bunun ölkədə qayda-qanuni təmin etməyə yardımçı olacağını bəyan edib.

"Telegram"ın bağlandığını onun yaradıcısı Pavel Durov da təsdiqləyib. P. Durov deyib ki, İran hakimiyyəti messencer administrasiyasından aksiya iştirakçılarının informasiya mübadiləsi məqsədi ilə istifadə etdikləri bir neçə "Telegram" kanalının bağlanmasını istəyib. Ancaq bu istəyi qəbul edilməyən İran hakimiyyəti, ümumiyyətlə, "Telegram"a girişi bağlayıb.