Dekabrın 25-də saat 20:00-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara rayonunun Hamoşam kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində 2 naməlum şəxs tərəfindən narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycana keçirilməsinin qarşısı alınıb.
DSX-nin mətbuat mərkəzindən YeniAvropa-ya bildirilib ki, araşdırma zamanı saxlanılan şəxslərin İran İslam Respublikası vətəndaşları − 1968-ci il təvəllüdlü Cəmşidi Qulamrza Qaçaq oğlu və 1988-ci il təvəllüdlü Yusifzadə Siyamək Səmədulla oğlu olduğu müəyyənləşdirilib.
Saxlanılan şəxslərin üzərilərinə baxış zamanı ümumi çəkisi 8 kiloqram 75 qram narkotik vasitə marixuana və 2 ədəd güclü təsiredici vasitə hesab edilən Metadon M - 40 həbi aşkarlanaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.