ATƏT-in nümayəndələri Milli Məclisdə olublar
Dekabrın 18-də Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ölkəmizdə səfərdə olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Ehtiyaclarının Qiymətləndirilməsi Missiyasının (DTİHB EQM) nümayəndələri Martina Barker Çiqanikova və Qoran Petrovla görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, görüşdə Əli Hüseynli ölkəmizdəki yeni siyasi mühit, onun qanunvericiliyə təsiri, yeni qəbul olunmuş “Media haqqında” və “Siyasi partiyalar haqqında” qanunlar barədə məlumat verib. O qeyd edib ki, növbədənkənar prezident seçkilərinin keçirilməsi tarixi zərurətdir.
Ölkəmizin ATƏT DTİHB ilə əməkdaşlıq əlaqələrindən danışan Ə.Hüseynli diqqətə çatdırıb ki, Azərbaycanda Seçki Məcəlləsi 20 ildən artıqdır qəbul edilib. Ötən illər ərzində bu Məcəllə daha da təkmilləşdirilib, hər ötən seçkidən sonra DTİHB-nin tövsiyələri izlənilib və hazırkı Seçki Məcəlləsi ölkədə azad, ədalətli və şəffaf seçkilər keçirilməsinə tam imkan verir. O bildirib ki, hazırda Azərbaycanda professional seçki administrasiyası mövcuddur və ilk dəfə olaraq seçkilər müstəqil Azərbaycanın bütün suveren ərazisində keçiriləcək.
Görüş üçün minnətdarlığını ifadə edən DTİHB EQM-in nümayəndəsi Qoran Petrov bildirib ki, səfər seçki öncəsi vəziyyət və seçki mühiti ilə tanış olduqdan sonra bu barədə hesabat hazırlanması məqsədi daşıyır.
Sonra Milli Məclis sədrinin birinci müavini seçki prosesi və qanunvericiliklə bağlı DTİHB EQM-in nümayəndələrini maraqlandıran suallara aydınlıq gətirib.
*****
Bu gün həmçinin Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri də Martina Barker Çiqanikova və Qoran Petrovla görüşüblər.
Görüşdə iştirak edən siyasi partiyaların təmsilçiləri çıxış edərək bildiriblər ki, gələn il keçiriləcək növbədənkənar prezident seçkiləri Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına son qoymuş Vətən müharibəsindən sonra ilk dəfə olaraq Azərbaycanın bütün ərazisində baş tutacaq.
Qeyd olunub ki, görüşdə iştirak edən partiya sədrləri - Qüdrət Həsənquliyevin, Fazil Mustafanın və Razi Nurullayevin namizədlikləri qarşıdan gələn növbədənkənar prezident seçkilərində iştirak etmək üçün irəli sürülüb.
DTİHB EQM-in nümayəndələrinin Azərbaycanda növbədənkənar prezident seçkiləri ilə bağlı suallarını cavablandıran deputatlar, seçkilərin elan olunmasının Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olduğunu bildiriblər, seçki prosesinə hazırlıq, təbliğat və təşviqat kampaniyası, namizədlərin qeydiyyatı barədə məlumat veriblər, həmçinin azad olunmuş əraziləri əhatə edən seçki dairəsi və məntəqələrin yaradıldığını diqqətə çatdırıblar.
Görüşün sonunda Milli Məclisin sədr müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli gələn il keçiriləcək növbədənkənar prezident seçkilərinin şəffaf, ədalətli, azad şəkildə baş tutacağına əminliyini ifadə edib.
AFFA rəhbərliyi Fransada işgüzar görüşlər keçirib
“Azercell” “Neftçilər Günü"nə həsr olunmuş video hazırlayıb
Bakıda yeniyetmə və gənclər arasında VII Robot Olimpiadasının açılış mərasimi olub
“Fənərbağça” – “Qalatasaray” derbisinin biletləri 3 saniyəyə satılıb
4 ABŞ şirkəti Qarabağa investisiya yatırmaq niyyətindədir
Sabah Bakıda arabir yağış yağacaq,25° isti olacaq
Sabahdan Azərbaycanda payız fəsli başlayır
Avropa anbarlarında qaz ehtiyatları 94 %-ə çatır
Kərim Vəliyev İtaliyanın Baş Qərargah rəisi ilə görüşüb
“Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası təsis edilib
Mişel Platini futbolu 10 nəfərlə oynamağı təklif edir
Ağdamda elektromobillərin şarj cihazları istehsal olunacaq
Türkiyə Azərbaycanı dəstəkləməkdə davam edəcək-Yaşar Güler
İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib
Sabah Konstitusiya Məhkəməsi Milli Məclisə seçkilərin nəticələrini təsdiq edəcək
Xarici ölkələrdə dövlət xətti ilə minədək Azərbaycan vətəndaşı təhsil aıır
20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Volodimir Zelenski Ağ evdə Bayden və Harrislə görüşəcək
Azərbaycan nefti 78,20 dollara satılır
“Əsrin müqaviləsi”nin imzalanmasından 30 il ötür
İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib
Paytaxtda restoranda yanğın olub
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
İlham Əliyev Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda aparılan işlərlə tanış olub
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında tanıdılıb