logo

Şuşa və Göygöl rayonlarına prokuror təyin olunub

16:56 08-12-2023 | icon 1197
Şuşa və Göygöl rayonlarına prokuror təyin olunub

Baş prokuror Kamran Əliyevin müvafiq əmrlərinə əsasən Şuşa və Göygöl rayonlarına prokuror təyin olunub.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, Nəriman Əsədov Şuşa rayon prokuroru vəzifəsinə təyin edilib. Bu təyinata qədər Nəriman Əsədov Azərbaycan Respublikasının Baş рrоkurоru yanında Korrupsiyaya qаrşı Mübarizə Ваş İdаrəsinin Preventiv tədbirlər və təhqiqat idаrəsinin рrоkuroru vəzifəsində çalışıb.

Bundan başqa, Baş prokuror Kamran Əliyevin digər əmrinə əsasən Rəsul Həsənov Göygöl rayon prokuroru vəzifəsinə təyin edilib. Rəsul Həsənov bu təyinata qədər Gəncə şəhər prokurorunun müavini vəzifəsində işləyib.