logo

Azərbaycanlı biznesmen Latviyada qara kürü istehsalı üzrə balıq ferması yaradıb

12:03 30-12-2017 | icon 2527
Azərbaycanlı biznesmen Latviyada qara kürü istehsalı üzrə balıq ferması yaradıb

YeniAvropa xəbər verir ki, Latviyanın 4-cü radiosunun verdiyi məlumata görə, gələn il Kraslav diyarında ilk qara kürü “məhsulu”nun yığılması planlaşdırılır.

Bir neçə il bundan əvvəl Azərbaycandan Latviyaya köçüb gəlmiş azərbaycanlı biznesmen Səftər Rəhimov Latqaliyada qara kürü istehsalı üzrə balıq ferması yaratmağı qərara alıb. Dörd il bundan əvvəl Səftər Rəhimov Kalniyeş volostunda hovuzlar düzəldərək oraya körpə çökə balıqları buraxıb. Avropa fondlarının maliyyə dəstəyi ilə tikilmiş ferma hazırda Azərbaycandan sərmayə qoyulması hesabına fəaliyyət göstərir.

Sahibkarın hesablamalarına görə gələn il baharda bu balıq delikatesinin ilk bir neçə kiloqramı yığılacaq və ferma mənfəət gətirməyə başlayacaq.