Belarusda Dünya Azərbaycanlılarının Həmrəyliyi günü qeyd edilib
Azərbaycanın Belarusdakı səfirliyində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib.
Səfirlikdən YeniAvropa-ya bildiriblər ki, Belarus Azərbaycan İcmaları Konqresinin, Minskdə fəaliyyət göstərən “Qobustan” cəmiyyətinin üzvlərinin və Belarusda təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Prezident İlham Əliyevin dünya azərbaycanlılarına müraciəti oxunub.
Sonra səfir Lətif Qəndilov çıxış edərək Azərbaycan xalqının milli oyanışında, dövlətçiliyimizin möhkəmləndirilməsində bu bayramın rolunun böyük olduğunu və ulu öndər Heydər Əliyev tərəfindən irəli sürülmüş Azərbaycan məfkurəsinin formalaşdırılması və inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib. Bildirilib ki, Ulu Öndər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən, xalqımız və dövlətimiz üçün məsul bir dövrdə, 1991-ci il dekabrın 16-da 31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edib. Bu bayram dünyanın ayrı-ayrı ölkələrində yaşayan azərbaycanlıları birləşdirmək, onlar arasında birlik və həmrəylik yaratmaq işində müstəsna əhəmiyyətə malikdir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsi artıq hər bir azərbaycanlı üçün mənəvi ehtiyaca çevrilib.
Səfir bildirib ki, bu gün Prezident İlham Əliyev ümummilli lideri Heydər Əliyev tərəfindən təməli qoyulmuş diaspor siyasətini uğurla davam etdirir. Keçən illər ərzində diaspor hərəkatına xüsusi diqqət yetirilib. Son 10 ildə keçirilmiş 3 qurultay azərbaycanlıların təşkilatlanmasında və bu fəaliyyətin səmərəliliyinin yüksəldilməsində əhəmiyyətli olub, anti-Azərbaycan siyasətinə qarşı çox güclü bir hərəkata çevrilib, həmçinin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük rol oynayıb. Bu gün dünya azərbaycanlıları iftixarla müstəqil dövlətlərinin olduğunu görür və qürur hissi keçirirlər. Biz hamımız fəxr edirik ki, özünün yüksəliş dövrünü yaşayan bir ölkənin övladlarıyıq.
Sonra diaspor üzvlərindən Məzahir Yusifov, Gülnarə İmanova və Baxşı Qənbərov çıxış edərək dövlətimizin uğurlarından qürur hissi keçirdiklərini söyləyərək, Prezident İlham Əliyevin Azərbaycan xalqının əsl lideri olduğunu bildiriblər.
Tədbir Azərbaycan musiqisinin sədaları altında bayram süfrəsi ətrafında davam etdirilib.
Azərbaycanda bələdiyyələrin səlahiyyətləri yanvarda başa çatacaq
Dələduzluqda təqsirləndirilən Tacikistan vətəndaşı ölkəsinə təhvil verilib
Bu gündən COP29 iştirakçıları üçün metrodan istifadə ödənişsizdir
İlham Əliyev Donald Trampı təbrik edib
Yol Polis Zəfər Günü ilə bağlı sürücülərə müraciət edib
Sabah Bakıda arabir yağış yağaca,16° isti olacaq
Dünya dini liderləri COP29 iştirakçılarına müraciət ünvanlayıblar
İlham Əliyev Bişkekdə TDT Dövlət Başçılarının XI Zirvə görüşündə çıxış edib
Tramp özünü ABŞ-ın 47-ci prezidenti elan edib
Dünya dini liderləri Bakı Bəyannaməsini qəbul ediblər
Daha bir veteran cüdoçumuz dünya çempionu olub
Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edib
Zelenski Ukraynada hərbi vəziyyət rejimini daha 3 ay uzatdı
Bişkekdə İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan görüşü olub
Bişkekdə TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib
Azərbaycan nefti 77,53 dollara satılır
6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür
Bişkekdə Türk Dövlətləri Təşkilatının XI Zirvə Toplantısı öz işinə başlayır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
Dünya dini liderlərinin Sammitində
Bakı Bəyannaməsi qəbul ediləcək
Bişkekdə TDT dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub
Müdafiə Nazirliyində QHT rəhbərləri ilə görüş keçirilib
Bu həftə ardıcıl 6 gün qeyri-iş günü olacaq
Bakıda Ukrayna Mərkəzi açılacaq
İsrailin müdafiə naziri istefa verib