Yanvarın 1-dən Yunanıstanda turizm vergisi alınacaq. YeniAvropa yerli KİV-lərə istinadla xəbər verir ki, vergi otellərə və xüsusi otel rejimində fəaliyyət göstərən mənzillərə şamil olunacaq. Belə ki, 5 ulduzlu otellərdə günlük 4 avro, 4 ulduzlularda 3, 3 ulduzlu otellərdə 1,50, 2 və 1 ulduzlu otellərdə isə 0,50 avro vergi alınacaq. Vergi 4 ulduzlu mənzillərdə 1 avro, 3 ulduzlularda 0,50 avro, 2 və 1 ulduzlularda isə 0,25 avro təşkil edəcək. Tur operatorların hesablamalarına görə yeni verginin tətbiq olunmasından sonra Yunanıstana səyahət orta qiymətlə 40 avro bahalanacaq.