Laçın-Xankəndi yolunda etiraz aksiyasının 102-ci günü
Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclər və ekoloqlar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyası 102 gündür davam edir.
YeniAvropa xəbər verir ki, havanın soyuq olmasına baxmayaraq, aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə olunur. İştirakçılar səhər saatlarında Azərbaycanın Dövlət Himnini səsləndiriblər.
Qeyd edək ki, aksiya iştirakçıları Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması ilə bağlı Azərbaycan, rus və ingilis dillərində mütəmadi olaraq plakatlar qaldırır, "Azərbaycan oyaqdır, sərvətlərə dayaqdır!”, “Ekoloji cinayətə son!” və sair şüarlar səsləndirirlər.
Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.
Sabah Bakıda arabir yağış yağacaq,30° isti olacaq
Dünya çempionatı:Daha iki taekvondoçusumuz mübarizəni dayandırıb
“Qarabağ”ın Çempionlar Liqasının təsnifat mərhələlərindəki rəqibləri kim olacaq?
Bakıda Azərbaycan və İsrail prezidentlərinin geniş tərkibdə görüşü keçirilir
Ərdoğanın andiçmə mərasiminin təxmini tarixi açıqlanıb
Azərbaycan və İsrail prezidentlərinin təkbətək görüşü keçirilib
Türk İnvestisiya Fondunun yaradılması ilə bağlı qanun layihəsi parlamentdə müzakirə olunur
İsrail prezidentinin rəsmi qarşılanma mərasimi olub
Milli Məclisdə 28 məsələ müzakirəyə çıxarılıb
Bakıda II Xəzər Su İnnovasiya Forumu keçirilir
İsrailin prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Bakıda kafedəki davada ər-arvad bıçaqlanıb
Dünya çempionatı:Daha iki taekvondoçumuz mübarizəyə başlayır
Ermənilər Qarabağdakı mövqelərimizi atəşə tutub
Rəsmi Bakı Ermənistanın qərəzli bəyanatını qətiyyətlə rədd edir
Media nümayəndələri Laçına səfər ediblər
Erməni separatçılarının Qarabağda mühəndis işləri aparmasının qarşısı alınıb-MN
İlham Əliyev Bakıda dünya çempionatının açılışında iştirak edib
Sabah Bakıda 33° isti olacaq,bölgələrdə leysan yağacaq
İlham Əliyev Böyük Britaniyanın Azərbaycan üzrə ticarət elçisini qəbul edib
Şirvanda terminaldan oğurluq edən şəxs saxlanılıb
İlham Əliyev Qazaxıstanın yeni səfirinin etimadnaməsini qəbul edib
Londondan Honkonqa uçan təyyarə Bakıda təcili eniş edib
İlham Əliyev Dünya Taekvondo Federasiyasının prezidentini qəbul edib
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 87 nəfər saxlanılıb