Ankara və Moskva S-400 zenit raket komplekslərinin 4 divizionunun alınması barədə müqaviləni tam razılaşdırıb.
YeniAvrpao Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Nurəddin Canikli jurnalistlərin rus mətbuatında yer alan müvafiq açıqlama ilə bağlı suallarını cavablandırarkən bildirib.
.Bir qədər əvvəl “Rostex” kompaniyasının direktoru Sergey Çemezov “Kommersant” qəzetinə verdiyi müsahibədə Türkiyənin 2,5 milyard dollara Rusiyadan S-400 zenit raket komplekslərinin 4 divizionunu aldığını demişdi.