logo

Türkiyədə Yeni ildə törədiləcək terror aktlarının qarşısı alındı

15:23 26-12-2017 | icon 2037
Türkiyədə Yeni ildə törədiləcək terror aktlarının qarşısı alındı

Yeni il bayramında Türkiyədə terror aktı törətməyi planlaşdırmaqda şübhəli bilinən 12 İŞİD-çi saxlanılıb. YeniAvropa  Türkiyə KİV-nə istinadən xəbər verir ki, terrorçuların tutulması üçün ölkənin Adana şəhərində əməliyyat keçirilib. Məlumata görə, onların ikisi Suriya vətəndaşıdır.

Qeyd edək ki, bu ilin noyabrında Türkiyə Daxili İşlər Nazirliyinin Təhlükəsizlik Baş İdarəsi terrorçu İŞİD qruplaşmasının üzvü olan 283 şübhəlini saxlayıb.