YeniAvropa “reuters.com”a istinadla xəbər verir ki, agentliyin hesablamalarına əsasən Çin maye təbii qaz (LNG) idxalında Koreya Respublikasını geridə qoyaraq dünyanın ikinci ən böyük LNG idxalçısı olub.
“Reuters”ə görə, Çin 2017-ci ildəki idxalı təxminən 50 faiz artaraq 38 milyon tona çatıb.
Çinin təbii qaz idxalının artmasına səbəb yaşayış yerlərində istilik məqsədilə kömür əvəzinə təbii qazdan istifadənin çoxalmasıdır. Bu keçid proqramı dövlət dəstəyi ilə həyata keçirilir.
Analitiklərin fikrincə, Çinin təbii qaz idxalı artmaqda davam edəcək.